Rusiya sülhməramlıları Qarabağda günlərini sayır”
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib.
O, Azərbaycanın keçirdiyi hərbi əməliyyatların Rusiyanın mövqelərinə “zərbə vurduğunu” vurğulayıb.
“Saakyan və Qukasyanın faktiki olaraq Rusiya sülhməramlı kontingentinin gözləri qarşısında həyata keçirilən həbsi, məncə, təkcə Ermənistan hökumətinə deyil, həm də öz üzərimizə götürdüyümüz funksiyaya - sülhməramlılığa çox ciddi qınaqdır”, - deputat bildirib
Deputatın sözlərinə görə, erməni əhalisi öz təhlükəsizliyinə inanmadığı üçün bölgəni tərk edib:
“Odur ki, artıq Rusiyanın sülhməramlı kontingentinin müdafiə edəcəyi başqa heç kim yoxdur”.
“Aydın məsələdir ki, bu halda bizim kontingentin Qarabağdakı günləri sayılıdır, çünki orada heç kim qalmasa, onlar kimi qoruyacaq?” - deputat deyib.
Zatulin əlavə edib ki, Bakının hərəkətləri Rusiyanı güclü dövlət kimi gözlənilməz faktlarla üz-üzə qoya bilər. Deputat qeyd edib ki, bununla əlaqədar artıq Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın geri alınması ilə bağlı danışıqlar başlayıb.