Son 15 ildə Rusiya erməni dostlarına güzəştə getməyi təklif edib”
Son 15 ildə Rusiya erməni dostlarına güzəştə getməyi - Qarabağ ətrafındakı 5 rayonu Azərbaycana qaytarmağı, iki rayonu özündə saxlamağı və bununla da Ermənistanla Qarabağ arasında ərazi əlaqəsini qorumağı təklif edib. Amma erməni həmkarlarımız dönə-dönə deyirdilər ki, “yox, bu, bizim üçün müəyyən təhlükələr yaradacaq””.
Prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun plenar iclasında danışıb.
"Biz də öz növbəmizdə dedik, qulaq asın, Azərbaycan böyüyür, iqtisadiyyatı inkişaf edir, neft və qaz hasil edən ölkədir, 10 milyon əhalisi var. Gəlin, potensialları müqayisə edək. Biz də öz növbəmizdə Təhlükəsizlik Şurasında müvafiq qərarlar qəbul edəcəyik, təbii olaraq yaranan Laçın dəhlizinin təhlükəsizliyinə təminat verəcəyik”, - deyə Rusiya Prezidenti qeyd edib.
Ölkə başçısı bildirib ki, erməni tərəfi yenə də “yox” cavabını verib və döyüşmək niyyətindən danışıb:
“İşlər nəhayət 2020-ci ildə silahlı toqquşmalara çevrildi. Və Rusiya Prezidentinin vasitəçiliyi ilə razılıq əldə olundu. 2022-ci ilin payızında Praqada Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Və sonra, 2023-cü ilin əvvəlində, Brüsseldəki görüşdə oxşar fikri ikinci dəfə təkrarlanıb. Yeri gəlmişkən, bu barədə bizə heç kim xəbər verməyib. Şəxsən mən bu barədə mətbuatdan öyrənmişəm".