KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 6-10-2023, 16:55

Fransanın özünü yalandan belə qələmə verməsi riyakarlıqdır” –

Fransanın özünü yalandan belə qələmə verməsi riyakarlıqdır” –
Xarici İşlər Nazirliyinin BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasında Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyətinin üzvünün çıxışına dair mətbuat məlumatında deyilir:
“E.Tokoraqinin çıxışında Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatına minnətdarlığını yüksək qiymətləndirir, bəşəriyyətə qarşı cinayət olan müstəmləkəçiliyə qarşı çıxmağa, Fransa hökumətinin Fransız Polineziyası xalqına qarşı ədalətsizliyinə və bu ölkəyə vurduğu ziyana görə məsuliyyət daşımalı olmasına, kolonializmə və ya neokolonializmə son qoyulmasının beynəlxalq münasibətlərin mərkəzində dayanmalı olmasına dair çağırışlarını dəstəkləyirik.
Qeyd edilən çıxış, habelə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı tədbirin davamı olaraq, Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 22 Sentyabr 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının qərargahında “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil edilmiş “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans çərçivəsində aparılmış müzakirələr neo-kolonialist siyasətə qarşı mübarizənin əhəmiyyətini göstərib.
Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 325 275 293 299 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.