n2006

n2006 Sağlamlıq 6-10-2023, 10:00

Qara çay bu xəstəliyin inkişaf riskini AZALDIR

Qara çay bu xəstəliyin inkişaf riskini AZALDIR
Avstraliyanın Adelaide Universiteti və Çinin Cənub-Şərqi Universitetindən olan beynəlxalq alimlər qrupu qara çayın 2-ci tip diabetin inkişaf riskini azalda biləcəyini müəyyən ediblər.

Bu barədə araşdırmanın nəticələri Hamburqda Avropa Diabetin Öyrənilməsi Assosiasiyasının (EASD) illik toplantısında təqdim olunub.

Alimlər yaşı 20 ilə 80 arasında dəyişən 1923 şəxsin (562 kişi və 1361 qadın) məlumatlarını təhlil edib. Onlardan 436-sı şəkərli diabet, 352-si prediabetli olub, 1135-də isə qanda qlükoza səviyyəsi normal idi. Onlara çay içmə tezliyi, eləcə də çayın növü barədə suallar ünvanlanıb. Sonra əldə edilən məlumatlar müqayisə olunub. Alimlər gündəlik çay istehlak edənlərin diabet və qan şəkəri səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını müşahidə ediblər. Xüsusilə, gündəlik çay içənlərin heç vaxt çay içməyənlərlə müqayisədə prediabet riski 15 faiz, 2-ci tip diabet riski isə 28 faiz daha az olub. Ən böyük azalma qara çay içənlər arasında müşahidə edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 378 319 382 442 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.