Gürcüstan namizəd statusu almaq üçün Aİ liderlərinin dəstəyinə ümid edir”
Gürcüstan Baş naziri İrakli Qaribaşvili İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Bolqarıstan, Yunanıstan, Sloveniya və Finlandiyadan olan həmkarlarını Aİ üzvlüyünə namizəd statusunun alınması üçün 12 tövsiyənin icrasının gedişi ilə bağlı məlumatlandırıb və ölkə liderlərinin Gürcüstanın üzvlük istiqamətində atdığı addımları layiqincə qiymətləndirəcəklərinə ümid etdiyini bildirib.
Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qaribaşvili Qranadada bolqarıstanlı həmkarı Nikolay Denkov, yunanıstanlı həmkarı Kiriakos Mitsotakis, sloveniyalı həmkarı Robert Qolob, həmçinin finlandiyalı həmkarı Petteri Orpo ilə görüşüb. Görüşlərdə baş nazir Gürcüstanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımlardan, o cümlədən Gürcüstanın Avropa İttifaqının 12 tövsiyəsini yerinə yetirməsinin müsbət dinamikasından bəhs edib. O, Aİ-yə inteqrasiyanın gürcü xalqının seçimi olduğunu və xarici siyasətinin əsas prioriteti olduğunu bildirib. Baş nazir həmçinin Aİ liderlərinin Avropaya inteqrasiya yolunda Tbilisiyə dəstək verəcəklərinə ümid etdiyini deyib.