Şarl Mişel İlham Əliyevə zəng etdi
Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı qeyd etdi ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. Prezident İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirdi. Dövlət başçısı xüsusilə vurğuladı ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.
Eyni zamanda, dövlət başçısı Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırdı, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini dedi.