ice berg

ice berg Ana və uşaq 8-10-2023, 11:00

Beş yaşınadək uşaqlar nəm salfetlərdən istifadə ETMƏMƏLİDİR

Beş yaşınadək uşaqlar nəm salfetlərdən istifadə ETMƏMƏLİDİR
Nəm salfetlər gündəlik həyatda ən çox istifadə edilən təmizlik vasitəsidir. Evin, iş masalarının tozunun alınmasında, yeməkdən əvvəl və sonra əllərin silinməsində istifadə olunur. Lakin təmiz və gigiyenik hesab olunan salfetlərin zərərli tərəfləri də var.

Nəm salfetlər azyaşlı övladı olan valideynlər üçün daha rahat və əlverişli sayılır. Lakin uşaqların dərisinin daha həssas olduğunu nəzərə alsaq, kimyəvi maddələrin onlara vurduğu zərəri təxmin etmək elə də çətin deyil.

Take.aZ xəbər verir ki, mütəxəssislərin fikrincə nəm salfetlərdə olan xlor, parabenlər və benzoy spirti uşaqların dərisində əksər hallarda dəri xəstəliklərinə, xüsusilə kontakt allergik dermatitlər və bəzən ekzemalara səbəb olur. Salfetin tərkibində olan parabenlərin müxtəlif qoxuları var. Onların astma xəstəliyi yaratma ehtimalı var. Nəm salfetlərdən istifadə ediləndən sonra quru salfet və ya adi su ilə təmizləmək çox vacibdir.

Mütəxəssislər tövsiyə edir ki, bu cür salfetlərdən istifadəni azaltmaq çətindirsə, tərkibində ətir və spirt olmayan salfetlərdən istifadə olunsun. Üzərində istehsal və son istifadə tarixi yazılmayan yaş salfetdən ümumiyyətlə istifadə etmək olmaz: “Hər dəfə gigiyenik vasitə kimi tualet kağızı əvəzinə nəm salfetlərdən istifadə edilməsi uşaqların büküş nahiyələrində nəm mühit yaradır. Ona görə də 5 yaşınadək uşaqların ondan istifadə etməsi məsləhət deyil. Doğrudur, söhbət heç də bütün nəm salfetlərdən getmir. Salfetlərin üzərində onların tərkibi, xüsusiyyətləri haqqında yazılanları da var. Lakin bunların əks olunmadığı və gigiyenik baxımdan sağlam hazırlanmayan salfetlər təhlükə yarada bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 504 443 448 439 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.