KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 8-10-2023, 14:00

Xaçmazda yük avtomobili yanıb, bir nəfər xəsarət alıb

Xaçmazda yük avtomobili yanıb, bir nəfər xəsarət alıb
Xaçmazda "QAZel" markalı yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, hadisə rayonun Ərəb kəndində baş verib. Belə ki, ümumi sahəsi 50 kvadratmetr olan talvarın yanar konstruksiyaları, altına yığılan 12 ton ot bağlamasının 8 tonu, yaxınlıqda dayanan "QAZel" markalı yük avtomobilinin kabinəsi və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının, avtomobilin qalan hissəsi və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 372 370 349 375 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.