KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 9-10-2023, 10:00

Gəncə terrorunun şahidləri Azərbaycanın həbs etdiyi separatçılardan danışdılar -

Gəncə terrorunun şahidləri Azərbaycanın həbs etdiyi separatçılardan danışdılar -
Vətən müharibəsi zamanı Ermənistan cəbhə xəttindən on kilometrlərlə uzaqlıqda yerləşən bir neçə yaşayış məntəqəsinə terror hücumları həyata keçirib. Təkcə Gəncədə raket hücumlarından şəhid olan mülki şəxslərin sayı 26, yaralıların sayı isə 100-dən artıq olub.

Həmin vaxt bu hücumlara göstəriş verdiyini etiraf edən separatçı rejim başçısı Arayik Arutyunyan indi Azərbaycan qanunları qarşısında cavab verir.

Bu, hər bir azərbaycanlı üçün, xüsusilə də terrordan əziyyət çəkənlər üçün qürur və təsəllidir.

Raket hücumu nəticəsində atası həlak olan Ramiz Ağayevin özü və dörd ailə üzvü də xəsarət alıb. O, separatçıların həbs xəbərini alarkən keçirdiyi sevinc hissindən danışıb:
"Arayikin gətirildiyini görəndə çox sevindik. Atamın, qonşularımın məzarını ziyarətə gedəndə özümü gücsüz, günahkar hiss edirdim".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 443 336 337 299 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.