Hələ ki, İsrailə hücumun arxasında İranın olmasına dair sübutumuz yoxdur”
ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
“İranla HƏMAS arasında çoxdankı təmaslar var. Son illərdə İranın dəstəyi olmasaydı, HƏMAS bu qədər güc qazana bilməzdi. Amma biz konkret olaraq İranın bu hücumun arxasında dayandığına dair heç bir sübut görməmişik”, - o bildirib.
Blinken deyib ki, ABŞ HƏMAS-ın İsrailə hücumu zamanı bir neçə amerikalının ölümü ilə bağlı məlumatları yoxlayır:
“İlkin məlumata görə, bir neçə ABŞ vətəndaşı da itkin düşüb. Bir neçə amerikalının öldürüldüyü ilə bağlı xəbərlər də var. Biz onların yoxlanılması üzərində işləyirik”.
Dövlət katibi onu da əlavə edib ki, ABŞ İsrailin əlavə hərbi yardım tələblərini nəzərdən keçirir və bunu bazar günü elan etmək niyyətindədir.