KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 10-10-2023, 09:00

İsraildəki Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir

İsraildəki Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir
Xarici İşlər Nazirliyindən APA-nın İsraildəki azərbaycanlılarla bağlı müvafiq sorğusuna cavab verilib.
Bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarının dəqiq sayı bilinmir, çünki, əksəriyyətinin ikili vətəndaşlığı var.
“Azərbaycanlı vətəndaşlar arasında ölən və yaralanan yoxdur. Təxliyə üçün müraciət çox azdır, olanlar da müntəzəm reyslərlə çıxa bilirlər”, -deyə məlumatda qeyd olunub.
XİN həmçinin Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
“Bu faciədə həyatını itirənlərin ailələrinə başsağlığı veririk.
Düşüncələrimiz və dualarımız Əfqanıstan xalqı ilədir”, - qurumun Tvitterdə yaydığı məlumatda deyilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 396 333 328 329 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.