HASANLY

HASANLY İdman 9-10-2023, 12:53

Azərbaycanlı futbolçu İkardi və Ceko ilə birlikdə həftənin oyunçusu adına namizəddir

Azərbaycanlı futbolçu İkardi və Ceko ilə birlikdə həftənin oyunçusu adına namizəddir
Azərbaycanlı futbolçu Renat Dadaşov Türkiyə Superliqasında VIII turun ən yaxşı oyunçusu adına namizəddir.

“Report” xəbər verir ki, “Hatayspor”un hücumçusu “Yeniaçık” nəşrinin müəyyənləşdirdiyi 4 iddiaçı sırasına düşüb.

“Konyaspor”la görüşdə dubla imza atan 24 yaşlı forvardın rəqibləri “Fənərbağça”nın hücumçusu Edin Ceko, “Qalatasaray”ın ön xətt oyunçusu Mauro İkardi və “Ankaragücü”nün yarımmüdafiəçisi Qarri Rodrigesdir. Səsvermə nəşrin “X” sosial şəbəkə səhifəsində azarkeşlər arasında aparılır.
VIII turda İkardi və Rodriges bir qol və bir məhsuldar ötürmə, Ceko bir qolla yadda qalıblar.

Qeyd edək ki, “Konyaspor”u 3:1 hesabı ilə məğlub edən “Hatayspor” 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 314 315 376 349 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.