HASANLY

HASANLY İdman 9-10-2023, 12:56

“Neftçi” - “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb

“Neftçi” - “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Peşəkar Futbol Liqasının məlumatına görə, bu, IX turun “Neftçi” - “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 azarkeş izləyib. Buna qədər rekord VIII turun “Turan Tovuz” - “Neftçi” oyununa (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 tamaşaçı olub.
Qeyd edək ki, “Neftçi” - “Qarabağ” görüşündə qonaqlar 2 cavabsız qolla qalib gəliblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 389 361 358 339 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.