KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 13-10-2023, 22:00

İctimai fəal Bəxtiyar Hacıyev aclığı dayandırdı

İctimai fəal Bəxtiyar Hacıyev aclığı dayandırdı
Turan”a "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib.
“Hüquq müdafiəçilərinin, ailə üzvlərinin, dostlarının xahişini nəzərə alaraq aclığı dayandırdığına görə Hacıyevə təşəkkür edirəm. O, bundan öncə də uzun müddət aclıq edib, orqanizmi zəifdir, yenə aclığı davam etdirsə ciddi fəsadlar yarana bilərdi”, - Səfərov qeyd edib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev oktyabrın 2-də məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin müddətini daha 3 ay uzatdıqdan sonra aclıq elan edib. Müdafiə tərəfi məhkəmənin qərarının qanunsuz olduğunu, qanunla müəyyən edilmiş maksimum istintaq müddətini pozduğunu bildirib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
321 331 319 316 287 290

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.