HASANLY

HASANLY İdman 13-10-2023, 16:03

Millimizin Avstriya ilə oyunu yunanlara həvalə edildi

Millimizin Avstriya ilə oyunu yunanlara həvalə edildi
AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Avstriya oyunun hakimləri açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmada Yunanıstandan olan ədalət təmsilçiləri iş başında olacaqlar.

Matçı Aristotelis Diamantopulos idarə edəcək. Yan xətlərdə ona Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Azərbaycan - Avstriya oyunu saat 20:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 337 386 346 343 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.