ice berg

ice berg Texnologiya 14-10-2023, 12:18

Videoların keyfiyyətini yaxşılaşdıran texnologiya yaradıldı

Videoların keyfiyyətini yaxşılaşdıran texnologiya yaradıldı


Bir neçə kliklə köhnə videoların və GIF fayllarının keyfiyyətini yaxşılaşdıran texnologiya yaradılıb.

Loading.aZ xəbər verir ki, texnologiya obyektlərə detallar da əlavə edə bilir.

Bildirilir ki, fotoşop tərtibatçısı olan “Adobe” şirkətinin yaratdığı bu texnologiya “Project Res-Up” adlanır. Bu, videoların və GIF-lərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan süni intellektlə işləyən bir vasitədir.

“Project Res-Up” təsviri təhlil və ona emal tətbiq etmək üçün süni intellektdən istifadə edir, mənbə fayllarının ayırdetmə qabiliyyətini, aydınlığını və detallarını artırır.

Nümunə olaraq, “Adobe” 1947-ci ildə çəkilmiş "Qırmızı Ev" filmindən bir səhnəni bərpa edərək, təsvir ölçüsünü 675 faiz (480x360-dan 1280x960 pikselə) artırıb. Nəticədə şəklin bulanıqlığı azalıb.

Videolardan əlavə “Res-Up” GIF-lərlə də işləyə bilər. Bildirilir ki, bu texnologiya sayəsində köhnə karikaturlara yeni nəfəs vermək mümkün olacaq.

Qeyd edək ki, digər şirkətlərin də oxşar süni intellekt alətləri var. Məsələn, yüksək səviyyəli “NVIDIA” və “AMD” videokartlarının sahibləri videolara real vaxt rejimində “YouTube” və digər xidmətlərdə təkmilləşdirilmiş keyfiyyətlə baxa bilərlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 419 414 429 430 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.