ice berg

ice berg Xəbərlər 14-10-2023, 17:12

"Volt"un fəaliyyətinə icazə verildi

"Volt"un fəaliyyətinə icazə verildi
Azərbaycanda əksər daşınma şirkətlərinin qeydiyyatdan keçməsi təmin olunub.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.

Qeyd olunub ki, Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması xidmətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir:

"Bu günədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Volt Azərbaycan" MMC, "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.
Onu da bildirək ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur. Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq davam etdirilir.

Qeyd edək ki, avqust ayında "Volt Azərbaycan" MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 263 275 281 314 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.