KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 15-10-2023, 17:00

Ersin Tatar Qənirə Paşayevanın məzarını ziyarət etdi

Ersin Tatar Qənirə Paşayevanın məzarını ziyarət etdi
Ersin Tatar xanımı ilə birgə İkinci Fəxri xiyabana gələrək mərhum millət vəkili Qənirə Paşayevanın qəbrini ziyarət edib.
Bununla bağlı nəşrə açıqlama verən Ersin Tatar qeyd edib:
“Qənirə Paşayevanın vəfat etmə xəbərini çox böyük üzüntü ilə izlədik. Son xəstəlik dövrlərində həyatda qalması üçün daima dua etdik. Hətta ailəsi ilə də əlaqə saxladım, Allahdan şəfalar dilədim. Lakin çox təəssüf ki, onu itirdik. Bir daha Kıbrıs Türk Dövlətinin xalqı adından Qənirə Paşayevaya Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı verir, səbr arzulayıram.
Qənirə Paşayeva çox dəyərli millət vəkili, milliyyətçi, vətənini, Türkiyəni, Quzey Kıbrısı sevən insan idi. Dəfələrlə haqlı mübarizəmizdə yanımızda olub, çox sayda tədbirlərimizdə yaxından iştirak etmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 260 309 243 280 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.