KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 15-10-2023, 23:00

Arayik həbsxanada kitab istəyib

Arayik həbsxanada kitab istəyib
Arayik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.
O bildirib ki, Arayikin müdafiəsi üçün hər bir şərait yaradılıb:
“Kitab istəyirdi, təmin edilib. Arayik ailəsi ilə əlaqə saxlayıb. Onun müdafiəsi ilə əlaqədar bütün lazımi tədbirlər tərəfimdən həyata keçirilir. Beynəlxalq təşkilatlardan hələ ki, onunla görüşən olmayıb. Ailəsi və yaxud yaxınları tərəfindən sovqat göndərən də yoxdur. Azərbaycan qanunvericiliyinə görə, xarici vəkillərin Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmasına icazə verilmir. Arayikin yeganə vəkili mənəm. Vəkil olaraq heç bir çətinliyim yoxdur. Digər məsələlər istintaq sirri sayıldığı, verilən hər hansı informasiya müdafiə etdiyim şəxsin əleyhinə yönələ biləcəyi üçün əlavə məlumat verə bilməyəcəm. İstintaq bitəndən və iş məhkəməyə gedəndən sonra Arayik Arutyunyanın özünün icazəsi ilə ictimaiyyətə açıqlama verəcəm”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
315 324 304 264 317 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.