KiBirLi_PrenS.

KiBirLi_PrenS. İdman 17-10-2023, 12:00

İnkişaf etmişik, dörd qol buraxmadıq”

İnkişaf etmişik, dörd qol buraxmadıq”
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Bakıda Avstriyaya uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib:
“Fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma balansı saxlamışdıq, mübarizə aparırdıq. Sona qədər meydanda qaldıq. Son dəqiqəqə yaxşı şansımız oldu. Toral üçün heyfslənirəm, çox yaxşı oynadı, qol vurmağa layiq idi. Heyf ki, yaxşı nəticə olmadı”.
O, sonuncu əvəzetməni gec etməsinin səbəbini açıqlayıb:
“İkinci yarıda yaxşı oyun gedirdi, dəyişikliklərə ehtiyac yox idi. Fasilədən sonra rəqib qol vurdu. Son dəqiqəyə qədər mübarizə apardıq. Avstriya güclüdür, Avropa çempionatına vəsiqə qazandı. Onların futbolçuları güclü çempionatlarda oynayırlar, fiziki baxımdan güclüdürlər”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 316 344 335 332 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.