HASANLY

HASANLY Xəbərlər 17-10-2023, 13:02

Azərbaycanda istehsalın artdığı sahələr: Üzüm şərabı liderdir

Azərbaycanda istehsalın artdığı sahələr: Üzüm şərabı liderdir
Emal sənayesində 2023-cü ilin yanvar-sentyabr aylarında 13 milyard 243,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 25,7 faiz, qida məhsullarının istehsalında 10,8 faiz, tütün məmulatlarının istehsalında isə 4,6 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 42,7 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,6 faiz, siqaret istehsalı 14 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 13,2 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,6 faiz artıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
266 262 263 288 358 265

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.