ice berg

ice berg İdman 18-10-2023, 19:00

Messi tarixi rekorda imza atdı

Messi tarixi rekorda imza atdı
Lionel Messi Argentina millisində növbəti dubluna imza atıb.

Loading.aZ xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2026-nın seçmə mərhələsinin Peru ilə qarşılaşmasında fərqlənib.

Messinin qolları komandasına 2:0 hesablı qələbə qazandırıb. Bununla da forvard dünya çempionatlarının Cənubi Amerika zonası üzrə seçmə mərhələlərindəki qol sayında rekord vurub. 31-ci dəfə fərqlənən Messi uruqvaylı Luis Suaresi arxada qoyub.

Qeyd edək ki, argentinalı ulduz dünya çempionatlarının seçmə mərhələlərinin ümumi bombardirləri siyahısında 4-cüdür. Rekord isə qvatemalalı Karlos Ruisə məxsusdur – 39 qol. Kriştiano Ronaldo (Portuqaliya) 36, Əli Daei (İran) 35 dəfə fərqlənib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
334 346 381 272 280 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.