Azer2

Azer2 İdman 19-10-2023, 16:28

Mourinyo "Roma"dan gedir

Mourinyo "Roma"dan gedir
“Roma”nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda komandanı tərk edəcək.

Bu barədə “Sky Sports İtalia” məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin paytaxt klubu ilə yeni müqavilə ilə bağlı danışıq aparmadığı bildirilib. Onun "Canavarlar"la müqaviləsi mövsümün sonunda başa çatır.

Qeyd edək ki, 2021-ci ildən Mourinyonun çalışdırdığı “Roma” A seriyasında 8 oyundan sonra 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Əlavə edək ki, "Roma" Mourinyonun rəhbərliyi altında 2021-2022 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 371 308 363 362 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.