ice berg

ice berg Sevgi 20-10-2023, 22:00

Nə sən beş dəqiqə gecikdin, nə mən tələsdim bu dəfə

Nə sən beş dəqiqə gecikdin, nə mən tələsdim bu dəfə
Mütləq ayrılacağıqsa səninlə bir gün, ölüm olsun istərdim səbəbi..
Ya mən vaxtından tez ölüm, ya sən yaşlandıqdan sonra..
Ölüm..
İçlər ürpərdən cəllad keçsə bir gün yanımızdan,
Bu ayrılıq sayılarmı?
Ömür keçib gedənəcən gec qalmışkən “ikimizə”
Bu ayrılıq ayırarmı,  toxunarmı qəlbimizə?
Ya sən gecikdin hər zaman, ya mən tez gəldim tələsib
Bircə dəfə görüşdük biz gözlərinlə xəyalımda,
Toxunarkən əllərinə uçdu getdi bütün əqlim..
Addımlarım ilərlərkən olmadığın küçələrdə
Hər tərəf boş, gözləyərək ikimizi..
Dolmadı o ağac altı,  duymadıq  çay qoxusunu,
Nə sən beş dəqiqə gecikdin, nə mən tələsdim bu dəfə..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
587 604 560 491 533 517

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.