HASANLY

HASANLY İdman 21-10-2023, 21:19

İngiltərə Premyer Liqası: “Mançester Siti”nin forvardları komandalarına qələbə qazandırdılar

İngiltərə Premyer Liqası: “Mançester Siti”nin forvardları komandalarına qələbə qazandırdılar
İngiltərə Premyer Liqasında IX tur davam edir.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Brayton”la qarşılaşıb. Görüş “şəhərlilər”in qələbəsi ilə başa çatıb - 2:1. Mançester təmsilçisinin qollarını Xulian Alvares və Erlinq Holand vurublar. Qonaqların heyətində Ansu Fati fərqlənib.

Qələbə sayəsində xallarını 21-ə çatdıran Pep Qvardiolanın komandası birinci pilləyə qayıdıb. “Brayton” 16 xalla yeddincidir.

Digər maraqlı qarşılaşmada “Nyukasl” öz meydanında “Kristal Pelas”ı darmadağın edib - 4:0. “Sağsağanlar”ın qollarını Ceykob Mörfi, Entoni Qordon, Şon Lonqstaf və Kallum Uilson vurublar.
Xallarını 16-ya çatdıran “Nyukasl” beşinci pilləyə yüksəlib. “Kristal Pelas” 12 xalla 11-cidir.

Digər qarşılaşmalarda “Vulverhempton” səfərdə “Bornmut”u 1:2, “Brentford” evdə “Bernli”ni 3:0 məğlub edib. “Nottinqem Forest” - “Luton” görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
449 434 444 438 406 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.