HASANLY

HASANLY İdman 21-10-2023, 21:29

Avropa Kuboku: “Kür” ikinci oyunda da uduzaraq mübarizəni dayandırdı

Avropa Kuboku: “Kür” ikinci oyunda da uduzaraq mübarizəni dayandırdı
Kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında Xorvatiyanın “Sesvete” klubu ilə üz-üzə gəlib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə bitib - 34:24.

Bir həftə əvvəl Xorvatiyada gerçəkləşən ilk görüşdə rəqib 30:15 hesabı ilə qalib gəlib.
Beləliklə, “Sesvete” növbəti raunda vəsiqə qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 322 311 372 334 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.