HASANLY

HASANLY Xəbərlər 22-10-2023, 15:45

Türkiyən MN: “Sabah Azərbaycanda təlimə başlanılacaq”

Türkiyən MN: “Sabah Azərbaycanda təlimə başlanılacaq”
Türkiyə Müdafiə Nazirliyi respublikanın yaranmasının yüz illiyi münasibətilə Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təliminin sabah başlayacağını açıqlayıb.

Bununla bağlı nazirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Türkiyə və Azərbaycan quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimi və müştərək əməliyyatlar həyata keçirmə qabiliyyətinin artırılmasına sabahdan start verilir. “Təlimdə xidmət göstərəcək F-16 təyyarələrimiz Azərbaycana gəlib”, - nazirliyin sosial media hesabındakı açıqlamada bildirilir.


Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi ötən gün iki ölkənin Hərbi Hava Qüvvələrinin “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlərin keçirildiyini bildirib. Oktyabrın 23-25-də keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
335 397 292 325 290 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.