amon

amon Məşhurlar 22-10-2023, 22:26

Devid Viktoriyaya onunla xəyanət edibmiş

Devid Viktoriyaya onunla xəyanət edibmiş
Keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriyanı aldatması qalmaqalı səngimək bilmir.

Loading.az xəbər verir ki, bu haqda hekayə Bekhemlə bağlı çəkilən sənədli filmdə yer alıb. Devidin məşuqəsi, keçmiş köməkçisi Rebekka Loos idmançı ilə "Real Madrid"də oynayarkən yaxın olduğunu bildirib.

Orada Rebekka məşhur futbolçunun keçmişindən daha bir detalı açıqlayıb. Məlum olub ki, o, Devidin Viktoriyanı aldatdığı yeganə qız deyil. Loos bildirib ki, 2003-cü ilin sentyabrında Bekhemlə romantikasının ən qızğın vaxtında onunla birlikdə Kriştiano Ronaldonun ad gününə həsr olunmuş ziyafətə gəlib. Onun sözlərinə görə, idmançı bütün axşamı bağçada müəyyən bir ispan modeli ilə flörtlə keçib və sonra cütlük tamamilə yoxa çıxıb.

Bütün bunlardan Viktoriyanın xəbəri olub. Amma o, futbolçunu bağışlayıb. Devid isə olanların onun yox, Rebekkanın günahı olduğunu bildirib.

Bu hekayə isə sosial şəbəkədə günlərdir müzakirələrə səbəb olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
362 382 335 337 380 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.