ice berg

ice berg Dəri və saç 23-10-2023, 19:35

Dəriyə qulluq zamanı bu səhvləri etməyin

Dəriyə qulluq zamanı bu səhvləri etməyin
Dərinin yaşlanması bir çox hallarda üz baxımında edilən səhvlər nəticəsində meydana gəlir.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, qadınlar dəriyə qulluq zamanı gündəlik olaraq 7 səhvə yol verir.

1. Peeling edilmir

Yaşlandıqca dəri hüceyrələrimizin yenilənməsi ləngiyir. Peeling ölü dəri hüceyrələrini çıxarmağa və dərini hamar etməyə kömək edir.

2. Üzünüzü isti su ilə yumaq

İsti su dərinin qıcıqlanmasına səbəb ola bilər. Təmizləmək üçün soyuq sudan istifadə edin.

3. Günəş kremindən istifadə etməmək

Günəşdən qoruyucu vasitələrə laqeyd yanaşmaq dərini ultrabənövşəyi şüalara qarşı həssas edir, qırışlara, incə xəttlərə və hiperpiqmentasiyaya səbəb olur.

4. Qarın üstə yatmaq

Qarın və ya yan üstə yatmaq dəriniz üzərində təzyiq yarada bilər və qırışlara səbəb ola bilər. Arxa üstə yatmağa çalışın.

5. Göz makiyajının yanlış təmizlənməsi

Göz makiyajını sərt şəkildə silsəniz, göz ətrafındakı incə dəriyə zərər verə bilərsiniz. Bir pambıq çubuğa misel suyu tətbiq edin. Göz layneri və tuşu yumşaq bir şəkildə çıxarmağa çalışın.

6. Siqaret çəkmək

Siqaret dəridəki kollageni zədələyərək dərinin qocalmasını sürətləndirir.

7. Həddindən artıq şəkər qəbul etmək

Həddindən artıq şəkər istehlak etmək erkən yaşlanmaya səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
269 273 247 216 256 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.