KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 30-10-2023, 11:04

İsrailin Qəzzada quru əməliyyatı 6 aya qədər davam edəcək”

İsrailin Qəzzada quru əməliyyatı 6 aya qədər davam edəcək”
Agentliyin həmsöhbətləri iddia edirlər ki, münaqişənin məqsədi Fələstinin HƏMAS hərəkatını bir təşkilat olaraq məhv etmək və Qəzza zolağının İsrailə qarşı zorakılıq mənbəyi olmaqdan əl çəkməsini təmin etməkdir.
“Bloomberg”in məlumatına görə, İsrailin müttəfiqləri, o cümlədən ABŞ Qüdsdən əməliyyatın məqsədlərini daha aydın şəkildə formalaşdırmaq istəyir.
İsrail təhlükəsizlik rəsmilərinin sözlərinə görə, əməliyyatın digər məqsədi oktyabrın 7-də İsrailə hücumda iştirak edən bütün HƏMAS liderlərini öldürməkdir.
“Bloomberg” xəbər verir ki, İsrailin planlarına təkrar hücumun qarşısını almaq üçün Qəzza zolağında bufer zonanın yaradılması da daxildir.
Xatırladaq ki, oktyabrın 27-də İsrail Qəzza zolağına quru qoşunlarını göndərdi. HƏMAS buna cavab olaraq bölgədə quru əməliyyatına başladığını elan edib. İDF Qəzza zolağında tam hüquqlu quru əməliyyatını inkar edir və bunu əməliyyatın genişləndirilməsi adlandırır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
283 318 296 267 269 295

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.