HASANLY

HASANLY Xəbərlər 30-10-2023, 14:23

Nazirlik vətəndaşlara xəbərdarlıq edib

Nazirlik vətəndaşlara xəbərdarlıq edib
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları təşkilatların adından həyata keçirilən fişinq kampaniyaları barədə xəbərdar edib.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, kiberdələduzlar istifadəçiləri tələyə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara təşkilatların adından saxta SMS-lər göndərirlər, bu SMS-dəki linklərə keçid etməyi təklif edirlər. Keçidə daxil olduqdan sonra bank kartları məlumatlarını daxil etmələri tələb olunur.
“Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu vətəndaşlar alınan hər mesaja şübhə ilə yanaşmalı, məktublardakı linklərə keçid etməməli, bank və digər məlumatlarını qeyd etməməlidirlər”, - deyə məlumatda vurğulanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
243 321 320 258 245 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.