Abbas Məmmədov

Abbas Məmmədov özünü 😐 narahat hiss edir Şeirlər 30-10-2023, 21:00

Dinlə bu qəlbin səsini...

Dinlə bu qəlbin səsini...
Oğrun-oğrun nə qədər seyr eləyim güzgüdə süzgün baxışı...
Güzgü əks etdirə bilmir axı qəlbimdəki düzgün baxışı...
O baxışlar ki, mənim qəlbimi viran eləyibdir...
Axı sərhəd tanımır...
O məhəbbət ki, könül mülkünü talan eləyibdir...
O da bir hədd tanımır...
Nə olar, dinlə bu qəlbin səsini...
Ahu fəryada qarışmış o həzin nəğməsini...
Dinləsən bəlkə də buzlar əriyər...
Sındırıb güzgünü ardınca baxışlar yeriyər...
Sən ayaq qoyduğun hər bir yerə sürtər üzünü...
Sanki bu yollara illərdi ki, dikmiş gözünü...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
480 474 553 524 579 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.