amon

amon Xəbərlər 31-10-2023, 09:30

Mahaçqala aeroportunda iğtişaşlarda iştirak edən 83 nəfər saxlanılıb

Mahaçqala aeroportunda iğtişaşlarda iştirak edən 83 nəfər saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən 83 nəfəri saxlayıb.

“Loading.Az” xəbər verir ki, bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin Baş İdarəsi əlavə edib ki, polis əməkdaşları tərəfindən 50-dən çox axtarış aparılıb:

“Bu zaman kütləvi iğtişaşları təşkil edənlərlə bağlı maddi sübutlar, ofis avadanlığı və telefonlar götürülüb. Şəhərdə əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının nəzarətindədir”.

Polis xəbərdarlıq edir ki, şəhərdə əməliyyat vəziyyətini çətinləşdirməyə yönəlmiş bütün cəhdlərə dərhal son qoyulacaq.

Qeyd edək ki, Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Hazırda hava limanı bağlanıb, təyyarələr digər aeroportlara yönəldilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
351 379 273 252 324 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.