KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 31-10-2023, 14:37

Mahaçqala hava limanında baş verən insidentdə Kiyev rejimi əsas rol oynayıb

Mahaçqala hava limanında baş verən insidentdə Kiyev rejimi əsas rol oynayıb
Dağıstan Respublikasında baş verən kütləvi iğtişaşlar Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessional birliyinə xələl gətirmək məqsədi daşıyan və planlı həyata keçirilən xarici təxribatın nəticəsidir. İğtişaşlar Rusiyada daxili siyasi vəziyyəti pozmaq üçün dəfələrlə açıq-aşkar ekstremist və terrorçu üsullara əl atmış şəxsləri ruhlandırıb. Onların törədilməsində birbaşa və əsas rol cinayətkar Kiyev rejiminə həvalə edilib, o da öz növbəsində orada məskunlaşan bədnam rusofobların əli ilə hərəkət edib. Rusiya rəhbərliyinin operativ və birmənalı reaksiyası, daxili hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş, aydın və mütənasib hərəkətləri Rusiyada çaşqınlıq və nifaq salmağa ümid edənlərin hamısına birmənalı cavabdır”, - Zaxarova bildirib.
Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
278 341 300 248 293 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.