KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 1-11-2023, 14:00

Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi

Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
293 298 300 234 270 338

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.