KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 1-11-2023, 17:00

BP-yə yeni vitse-prezident təyin olundu

BP-yə yeni vitse-prezident təyin olundu
Elyar Əliyev sabahdan səlahiyyətlərinin icrasına başlayacaq, AGT regionu üzrə rəhbər heyətin üzvü olacaq, Azərbaycan və Gürcüstanda yerləşən regional hüquq departamentinə rəhbərlik edəcək.
E.Əliyev yeni vəzifəsində Böyük Britaniyaya geri dönən İvon MakAlisteri əvəz edəcək. Cənab Əliyev BP-nin Azərbaycanda hüquq sahəsinə rəhbər təyin edilmiş ilk Azərbaycanlı mütəxəssisdir.
E.Əliyevin neft-qaz sektorunda hüquq sahəsi üzrə 23 ildən artıq dərin təcrübəsi var. O, BP şirkətində fəaliyyətə 2009-cu ildə Bakı ofisində başlayıb və ilkin olaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə əməliyyatlara dəstək verib, sonra şirkətin regional geoloji-kəşfiyyat işlərinə, o cümlədən Şəfəq-Asiman, Abşeron yarımadasının dayazsulu sahəsi və D230 kəşfiyyat bloku üzrə hasilatın pay bölgüsü sazişlərinin imzalanması və icrası üzrə hüquq işlərinə rəhbərlik edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
282 281 254 286 330 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.