KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 1-11-2023, 20:00

Fransa polisi Parisdə hicablı qadına atəş açdı

Fransa polisi Parisdə hicablı qadına atəş açdı
çərşənbə axşamı səhər saatlarında Fransa polisinə metro staniyalarından birinin girişində hicablı bir qadının sərnişinləri təhdid etməsi barədə məlumat daxil olub.
Polis mənbəsinin AFP-yə verdiyi məlumata görə, müsəlman hicablı qadın sərnişinləri təhdid edib və “Allahu əkbər” qışqırıb.
“Polislər isə təhlükəsizliklərindən ehtiyat etdikləri üçün atəş açıblar”, - mənbə bildirib.
Polis mənbəsi, həmçinin, hadisəni oktyabrın 13-dən Fransanın şimalındakı Arras şəhərində bir müəllimin keçmiş şagirdi tərəfindən bıçaqlanaraq öldürülməsindən sonra hökumətin elan etdiyi anti-terror xəbərdarlığı ilə də əlaqələndirib.
Polis qadını Parisin cənub-şərqində Fransua Mitteran milli kitabxanasına xidmət edən metro stansiyasında təcrid edib.
Polisdəki mənbə bildirib ki, qadın onların xəbərdarlıqlarına cavab vermədikdən sonra atəş açıblar.
AFP xəbər verir ki, Paris prokurorluğu qadının “özünü partlatmaqla hədələdiyini” bildirib, polis də atəş açaraq onu yaralayıb.
Hazırda qadın aldığı xəsarətlərə görə Paris xəstəxanalarından birində müalicə olunur.
Digər tərəfdən, prokurorluq polisin iki araşdırma başlatdığını bildirib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
403 417 393 312 357 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.