KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 2-11-2023, 16:54

Şimali Koreya Rusiyaya bir milyon artilleriya mərmisi verib

Şimali Koreya Rusiyaya bir milyon artilleriya mərmisi verib
Bloomberg” qapalı kəşfiyyat brifinqdə iştirak edən Cənubi Koreya rəsmisi Yo Sanq-Buma istinadən bildirir.
Onun sözlərinə görə, kəşfiyyat hesab edir ki, avqust ayından KXDR Rusiyaya on partiya silah və silah-sursatdan istifadə üzrə məsləhətçilər göndərib.
Nəşr qeyd edir ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi sovet silahlarına uyğun gələn artilleriya mərmiləri və raketləri üzrə dünyada ən böyük ehtiyatlardan birinə malikdir. Agentlik yazır ki, bu sursatların satışı KXDR büdcəsinə yüz milyonlarla, hətta milyardlarla dollar gəlir gətirə bilər.
Bundan əlavə, Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Rusiya əvvəlki iki uğursuz cəhddən sonra hərbi kəşfiyyat peykinin buraxılmasında KXDR-ə texniki yardım edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 316 311 276 266 291

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.