Fransalı hüquq müdafiəçiləri Qarabağda etnik təmizləmə aparılmadığını təsdiqlədi
CAP-LC-nin “Avropa Hüquq və Ədalət mərkəzinin” Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilir.
Təşkilatın apardığı monitorinqin nəticələrinə əsasən vurğulanır ki, dinc əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın Baş naziri Nikol Paşinyan özü də təsdiqləyib.
“Bütövlükdə vəziyyət sabitdir. Mülki əhali arasında kütləvi itkilər barədə məlumatlar reallığa uyğun gəlmir. Bu gün Qarabağın mülki əhalisinə qarşı birbaşa təhlükə yoxdur”, - N.Paşinyanın bunu sentyabrda dediyi xatırladılıb.
Öz növbəsində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Bilan deyib ki, Qarabağın erməni sakinlərinə qarşı heç bir insident və ya kobud rəftar halları qeydə alınmayıb.
CAP-LC-nin bəyanatında qeyd olunub ki, Azərbaycan hakimiyyəti Qarabağda qalmaq istəyən ermənilər üçün təhlükəsizlik zəmanətlərini elan edib və geri qayıtmaq istəyənlər üçün xüsusi elektron vasitəni istifadəyə verib: “Veb-portalda (http://reintegration.gov.az) bir neçə dildə, o cümlədən erməni dilində Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının sosial, iqtisadi və hüquqi aspektləri haqqında məlumatlar var”.