Neymar 10 ay oynaya bilməyəcək
FİFA Dünya Kuboku Cənubi Amerika seçmə mərhələsində Braziliyanın Uruqvaya səfərdə 2:0 hesablı məğlub olduğu oyunda zədələnən və meydanı göz yaşları içində tərk edən Neymarın sabah ölkəsinin Belo Horizonte şəhərində komanda həkimi Rodriqo Lasmar tərəfindən əməliyyat olunacağı bildirilib.
31 yaşlı futbolçunun 10 ay meydanlardan kənarda qalacağı ifadə edilib.
Mövsümün əvvəlində 90 milyon avroya Fransanın PSJ (Paris Saint-Germain) komandasından Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına transfer olunan braziliyalı ulduz yeni komandasında 5 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.