Sebuhi90

Sebuhi90 özünü 😟 tənha hiss edir. Şeirlər 2-11-2023, 22:30

Qadınlara həsr olunub

Qadınlara həsr olunub
Dünyada nə qədər dərdli qadın var
Üzdən xoşbəxt kimi gülürlər ancaq
Sevgiyə, qayğıya çəkirlər həsrət
Bəzəndə getməyə tapmır sığınacaq

Tutmaga bir əl yox,dadına çata
Uşaq tək eləcə qoynunda yata
Daha man ne deyim zalim heyata
Bir qəlb başdan sona qəmdi qubardi

Keder göz altında bir yuva qurmuş
Abırı həyası nidası nurmuş
Gizli ağlamaqlar qadını yormuş
Dərdlər sanki elə qatar -qatardı

Payız yarpağı tək ömür xəzandı
Arzular puç oldu qəlbi talandı
Cahanda bir ömür kül olub yandı
Sevinci gülüşü əcəl apardı

Ana tək xoşbəxtdir,qadın tək bədbəxt
Taleha sevgiyə çəkib qara xətt
Baxanda kənardan aparır həsət
Gecələr ağlayıb sakit yatardı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 379 376 406 355 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.