KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-11-2023, 17:30

Tramp ABŞ-da pulsuz təhsil verən onlayn universitet yaradacaq

Tramp ABŞ-da pulsuz təhsil verən onlayn universitet yaradacaq
Tramp bu layihə haqqında öz seçki kampaniyası videosunda bəhs edib. Trampın sözlərinə görə, universitet “Amerika Akademiyası” adlanacaq və federal büdcədən maliyyələşəcək. Siyasətçi öz layihəsini maliyyələşdirmək üçün “Harvard” kimi iri universitetlərin vəsaitlərini vergiyə cəlb etməyi təklif edir. Universitet təhsilini yarımçıq qoyanların ali təhsil almasına kömək edəcək. Sabiq prezidentin sözlərinə görə, hazırda ABŞ-da belə insanların sayı 40 milyondan çoxdur.
Siyasətçi əmin edib ki, universitetdə, “solçuluq və ya cihadçılıq” kimi təzahürlər olmayacaq. Tramp, həmçinin, ABŞ-ın ali təhsilə hər hansı digər ölkədən daha çox pul xərclədiyini bildirib və: “Biz heç vaxt buna yol verə bilmərik”, - deyib.
Keçmiş prezidentin planlarına görə, akademiya tələbələrə əvvəllər başqa təhsil müəssisələrində bitirdikləri kursları məqbul sayacaq və universitetin verdiyi diplomlar federal idarələrdə işə qəbul zamanı qüvvədə olacaq.
Digər tərəfdən, Trampın seçki kampaniyasının rəsmiləri qəzetə bildiriblər ki, yeni universitetə ​​kimlərin nəzarət edəcəyi barədə hələ tam qərar verilməyib:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
315 325 304 282 314 305

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.