KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-11-2023, 19:30

Yaxın Şərqdə qlobal iqtisadi itkilər 2 trilyon dollara çatacaq

Yaxın Şərqdə qlobal iqtisadi itkilər 2 trilyon dollara çatacaq
bu barədə “The New York Times”a (NYT) ən böyük konsaltinq şirkətlərindən biri olan “Ernst & Young”ın “EY-Parthenon” bölməsinin baş iqtisadçısı Qreqori Dako bildirib.
Ekspertin fikrincə, döyüş əməliyyatlarının genişlənməsi üçün ən pis ssenaridə Yaxın Şərqdə mülayim resessiya başlaya bilər və neftin qiyməti çox güman ki, bir barel üçün 150 dollara qədər yüksələ bilər.
“Belə bir ssenarinin qlobal iqtisadi nəticələri isə çox ciddi ola bilər”, - Dako deyib.
Öz növbəsində, Dünya Bankının baş iqtisadçısının müavini Ayhan Kösə nəşrə verdiyi müsahibədə enerji bazarı üçün Yaxın Şərqdə baş verənlərin Yaxın Şərqdə qalmayacağını, qlobal nəticələrə səbəb olacağını bildirib.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin direktoru Ceyson Bordoffun sözlərinə görə isə iqtisadi vəziyyət qeyri-sabit, qeyri-müəyyən və təhlükəlidir. Bu baxımdan, ABŞ, Avropa, İran və Körfəz ölkələri də daxil olmaqla, əksər ölkələr münaqişənin şiddətlənməsindı maraqlı deyil.
Dünya Bankının baş iqtisadçısı İndermit Gill Yaxın Şərqdəki gərginliyin, eləcə də Ukraynadakı münaqişənin nəticələrinə toxunaraq, “İlk dəfədir ki, bir anda iki enerji şoku ilə üzləşirik”, - deyib. Bundan əlavə, o, qlobal iqtisadiyyatın hələ də pandemiyadan təsirləndiyini və bütün ölkələrin bundan xilas ola bilmədiyini vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 293 311 265 303 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.