Tarixin ən uzun penalti seriyalarından biri qeydə alındı
Şimali İrlandiya Liqa Kuboku matçında futbol tarixində ən uzun penalti seriyalarından biri qeydə alınıb.
Loading.aZ xarici mediaya istinadla bildirir ki, “Kolerayn” və “Ballimena” turnirin 1/8 finalında üz-üzə gəlib. Görüşün əsas vaxtı heç-heçə başa çatıb və penaltilər seriyasında “Kolerayn” futbolçuları daha dəqiq olub (18:17). Hər komanda oyunsonrası seriyada qapıya 22 dəfə zərbə endirib.
“Goal” portalının məlumatına görə, bu penaltilər seriyası futbol tarixində ən uzun üçlükdən biri olub. Bundan əvvəl Namibiya Kubokunda “CC Palace”-“Civics” (48) və İngiltərənin aşağı divizionunda “Vaşinqton”-“Bedlinqton” (54) qapıya daha çox zərbə vurublar.