ice berg

ice berg Texnologiya 10-11-2023, 15:48

“Samsung” telefonlarında süni intellekt tətbiq olunacaq

“Samsung” telefonlarında süni intellekt tətbiq olunacaq
İnsayderlər süni intellektlə işləyən “Samsung” telefonlarının buraxılacağını bildiriblər.

Loading.aZ xəbər verir ki, bu xüsusiyyətin “Galaxy S24” seriyasında görünəcəyi qeyd olunub.

Məlumata görə, bu özəllik digər heç bir rəqib şirkətlərin smartfonlarında yoxdu. Yəni, bu ilk olacaq.

Xüsusiyyətlərdən biri səsli tərcüməçidir. Tərcüməçi zənglər zamanı aktivləşdiriləcək və nitqi real vaxtda tərcümə edəcək. “Samsung” lazımi hesablamaların smartfonda aparılacağını vəd edir.

Bildirilir ki, süni intellekt başqa məqsədlər üçün - məsələn, yazışmalar, foto və videoların emalı üçün istifadə olunacaq.

Yanvar ayında təqdim olunacaq flaqman “Galaxy S24” seriyasına süni intellektlə işləyən funksiyalar üçün geniş dəstəyin olacağı bildirilir. İstehsalçının cihazlarında bir sıra generativ süni intellekt funksiyalarının ödənişli abunə formatında təklif ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu həftənin əvvəlində “Samsung” şirkəti “Gauss” adlı generativ süni intellekt modelini nümayiş etdirib. Yeni süni intellektin istifadəçi tərəfindən verilən bir neçə açar söz əsasında məzmun yarada və redaktə edə biləcəyi gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 434 382 362 346 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.