ice berg

ice berg Məşhurlar 11-11-2023, 17:00

“Məni dəvət etməyin, yalan deməkdən bezmişəm” - Nadir aparıcılara SƏSLƏNDİ

“Məni dəvət etməyin, yalan deməkdən bezmişəm” - Nadir aparıcılara SƏSLƏNDİ
Müğənni Nadir Qafarzadə səhərlər yuxudan dura bilmədiyi üçün səhər çağı çağırıldığı proqramlara qatılmayacağını bildirib.

Loading.aZ'ın xəbərinə görə, bu barədə o, öz sosial şəbəkə hesabında məlumat verib.

"Bütün aparıcılara səslənirəm, xüsusən də, səhər verilişlərinin, hansı ki, saat 10:00-da başlayır, məni dəvət etməyin. Oyana bilmirəm. Bütün əsəblərim gedir. O veriliş mənə lazım deyil demirəm, sadəcə mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir. Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam olur deyə, evə gec gəlirəm. Ona görə, məni səhər verilişlərinə dəvət etməyin, xahiş edirəm”,- deyən müğənni bildirib ki, dəvətlərdən imtina etmək üçün dəfələrlə yalan danışmalı olub:

"Yalançı olmaqdan bezmişəm. Nə qədər bəhanə gətirmək olar, nənəm-babam öldü, nə bilim, it-pişiyimiz öldü. Şəxsən öz payıma deyirəm, məni dəvət etməyin".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 362 411 293 321 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.