Dözmürəm bu ayrılığa, ay Ana

Ana ayrılığı yaman çətindi,
Dözmürəm bu ayrılığa, ay ana.
Ayrlığın əyibdi qamətimi,
Səndən sonra çətin ki,düz dayana,
Dözmürəm bu ayrılığa, ay Ana.
Gecə-gündüz həsrətini çəkirəm,
Məzarına baş əyib diz çökürəm.
Ağlayıb,sızlayıb qan yaş tökürəm,
Üz döndərib gedirəmsə hayana,
Dözmürəm bu ayrılığa, ay Ana.
Ömrünü yolumda puç eylədin sən,
Vədəsiz dünyadan köç eylədin sən.
Gələcək arzumu puç eylədin sən,
Yatmış bəxtim,sənsiz çətin oyana,
Dözmürəm bu ayrılığa, ay Ana
Toydan çıxdıq,fələk doldu qəsdinə,
Maşın vurdu gətirdilər üstümə.
Alovlandım,el yığıldı tüstümə,
Fəryad çəkdim, səsim düşdü hər yana
Dözmürəm bu ayrılığa, ay Ana.
Anamı ağlasın anasız qızlar,
Anamı ağlayın,ay anasızlar.
Gözlərim yaş tökər,ürəyim sızlar,
Ana deyib, ağlaram yana-yana,
Dözmürəm bu ayrılığa, ay Ana.







