HASANLY

HASANLY Xəbərlər 14-11-2023, 15:23

SOCAR Venesuela şirkətləri ilə karbohidrogen ehtiyatlarının işlənilməsini müzakirə edib

SOCAR Venesuela şirkətləri ilə karbohidrogen ehtiyatlarının işlənilməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Venesuela Bolivar Respublikası arasında enerji sektorunda qarşılıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri müzakirə olunub.

SOCAR-ın verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəflə Venesuelanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran arasında baş tutan görüşdə müzakirə aparılıb.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri barədə məlumat verilib, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəflərindən bəhs edilib.
Görüş çərçivəsində SOCAR ilə Venesuela şirkətləri arasında neft-qaz sektorunda əməkdaşlıq, karbohidrogen ehtiyatların işlənməsi, habelə dekarbonizasiya və kadrların hazırlanması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 302 288 236 264 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.