HASANLY

HASANLY İdman 14-11-2023, 15:28

İsveç millisinin Bakıya səfər proqramı AÇIQLANDI

İsveç millisinin Bakıya səfər proqramı AÇIQLANDI
AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İsveç yığmasının səfər proqramı bəlli olub.

Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, Skandinaviya təmsilçisi bu gün, saat 23:25-də paytaxtımızda olacaq:

“Komanda “Hilton” hotelində məskunlaşacaq və qarşılaşmadan sonra İsveçə qayıdacaq. Bakıya 12 isveçli jurnalistin gələcəyi nəzərdə tutulub. Qonaq azarkeşlərlə bağlı isə hələlik bizdə məlumat yoxdur”.
Noyabrın 15-də, saat 14:45-də matçın reallaşacağı Tofiq Bəhramov adına Respublika stadionunda qonaqların açıq məşqi, saat 16:00-da baş məşqçi Yanne Anderssonun mətbuat konfransı olacaq.

Qeyd edək ki, noyabrın 16-da gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç üçüncüdür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 374 364 324 385 330

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.