ice berg

ice berg İdman 15-11-2023, 15:00

Ronaldo UEFA-da oynayacaq

Ronaldo UEFA-da oynayacaq

Jurnalist Əli Əl-Hərbi sosial şəbəkələrdə yazır ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu 2024/2025 mövsümündə Çempionlar Liqasında iştiraka dəvət etməyi planlaşdırır.

Loading.aZ xəbər verir ki, jurnalistin sözlərinə görə, UEFA rəhbərliyi portuqaliyalı hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi komandanın populyarlığı yüksək olduğuna görə Səudiyyə klubunu dəvət etməkdə maraqlıdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının 2024/2025 mövsümündə Çempionlar Liqasında iştirak etmək üçün xüsusi dəvət almaq istəyi ilə UEFA ilə əlaqə saxlamağı planlaşdırdığı barədə daha əvvəl məlumat yayılıb.

UEFA həmçinin ötən il 2024-cü ildən etibarən turnirin formatında dəyişiklik ediləcəyini açıqlayıb. Komandaların sayı 32-dən 36-ya yüksələcək, qrup mərhələsi isə vahid liqa ilə əvəz olunacaq. Hər klub dörd evdə və dördü səfərdə olmaqla səkkiz fərqli komandaya qarşı ən azı səkkiz oyun keçirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
339 308 312 309 283 289

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.